Bu qaydanı pozan 50 min manat ödəməli olacaq – “Maşın”da şok cərimə

1 Oktyabr, 2019, 10:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu gün ATV kanalında reytinqli “Maşın” realiti şousu start götürəcək. Ölkənin 18 tanınmış siması avtomobil uğrunda mübarizə aparacaq.

Hurryyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, iştirakçılarla layihəni ərsəyə gətirən “M Group Production”la bağlanan müqavilə şərtlərində yenilik olub. Belə ki, proqramda öz istəyi ilə avtomobildən əlini çəkən tanınmış sima cərimələnəcək.

Müqavilədə qeyd olunduğu ki, həmin şəxs şou rəhbərliyinə 50 min manat ödəniş edəcək.

Qeyd edək ki, səs-küylü müsabiqədə Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Kərim Abbasov, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Aşıq Namiq Fərhadoğlu, bloqqer Rəsul Abbasov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva və başqaları iştirak edəcəklər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93