Salam, xoş gəlmisiniz.

Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək - Səudiyyə Ərəbistanından JEST

2019-07-17 12:54:02

Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək - Səudiyyə Ərəbistanından JEST

Səudiyyə Ərəbistanı Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində baş verən məscidlərə silahlı hücum zamanı həlak olan müsəlmanların yaxınlarına və yaralılara jest edib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, həmin şəxslər “Xədmül Hərəmi Şərifin qonaqları” kimi Həcc ziyarətində gedə biləcək.

SPA agentliyinin məlumatına görə, Kral Salman ibn Əbdüləziz 200 nəfərin Həcc ziyarətini pulsuz yerinə yetirmək üçün fərman imzalayıb. Fərmanın Səudiyyə Ərəbistanın terrorla mübarizə və bu növ hücumlara məruz qalanların ailələrinin dərdinə şərik olmaq məqsədilə atılan addımlar çərçivəsində imzalandığı qeyd olunub.

Qeyd edək ki, “Nur” və “Linvud” məscidlərinə terrorçu Brenton Tarrant tərəfindən təşkil olunan silahlı hücum zamanı 51 nəfər ölmüş, 49 nəfər yaralanmışdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ötən il Ümrə ziyarətinə 2 milyon 371 min 675 nəfərin gəldiyini açıqlayıb.

Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək - Səudiyyə Ərəbistanından JEST


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru