“Büdcədən “Şahdağ”a 17 milyon manat xərclənib” – QUBAD İBADOĞLU

27 İyun, 2020, 11:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Xidmətləri od qiymətinə olan QSC bu qədər vəsaiti necə və kiminlə yeyib, özü xüsusi araşdırma mövzusudur”

“Ötən ilin prezidentin ehtiyat fondundan “Şahdağ Turizm Mərkəzi” QSC-yə 5 milyon manat, dövlət büdcəsindən isə yaranmış zərərin ödənilməsinə12 milyon manat ayrılıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İqtisadçı alim bildirib ki, bütövlükdə 2019-cu ilin büdcəsindən “Şahdağ Turizm Mərkəzi” QSC-nin fəaliyyəti ilə bağlı yaranmış xərclərin ödənilməsinə 17 milyon manat xərclənib: “Xidmətləri od qiymətinə olan “Şahdağ Turizm Mərkəzi” QSC bu qədər vəsaiti necə və kiminlə yeyib, özü xüsusi araşdırma mövzusudur. Yeri gəlmişkən, onu da əlavə edim ki, ötən ilin büdcəsindən Azərbaycanın turizm potensialını əks etdirən proqramlar və reklam çarxları üçün “CNN”, “Euronews” və Rusiya Federasiyasının aparıcı televiziya kanallarına 3,5 milyon manat xərclənib”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93