Salam, xoş gəlmisiniz.

“Büdcə təşkilatlarının məcburiyyətlə köçürmələrinə ölkə rəhbərliyinin nəzarət etməsi vacibdir” - RÖVŞƏN AĞAYEV

2020-03-26 12:10:00

“Büdcə təşkilatlarının məcburiyyətlə köçürmələrinə ölkə rəhbərliyinin nəzarət etməsi vacibdir” - RÖVŞƏN AĞAYEV

“Vəzifəli şəxslərə, inhisarçı mövqeyindən və siyasi himayədən yararlanıb uzun illər yaxşı pul qazanmış şirkət və holdinqlərə bir sözüm yoxdur, virusla mübarizə fonduna nə qədər imkanları var pul köçürsünlər. Lakin büdcə və dövlət təşkilatlarının sıravi işçilərinin rəhbərliyin təşəbbüsü, bəzən isə məcburiyyətlə köçürmələrinə ölkə rəhbərliyinin ciddi nəzarət etməsi çox vacibdir”. Hurriyyet.org xəbər verir ki, bu sözlər iqtisadçı Rövşən Ağayevə məxsusdur.

“Bu işçilərin başqa dolanışıq mənbələri yoxdur”

Ağayevin fikrincə, vəziyyətimiz o qədər kritik deyil: “Dövlətin imkanları kifayət qədər böyükdür. Gerçəkdən ehtiyacın olacağı dövr yetişərsə, ölkə boyu maliyyə səfərbərliyini iki əlllə dəstəkləmək olar. İkincisi də, bu işçilərin başqa dolanışıq mənbələri yoxdur və iqtisadi böhranın uzunmüddətli olması onların dolanışığını çətinləşdirə bilər. Ona görə, hətta bir qədər yığımlarının olması vacibdir”.

Ağayev onu da diqqətə çatdırıb ki, hətta inkişaf etmiş ölkələrdə dövlət dəstək paketinin vacib bir hissəsi vətəndaşlara birbaşa sosial dəstəyə gedir: “Məsələn, ABŞ Senatının təsdiqlədiyi 2 trilyon dollar dəstək paketinin təxminən 40%-i (750 milyard dollar) birbaşa əhaliyə gedəcək, 500 milyard dolları aşağı gəlirli (illik gəliri 75 min dolları ötməyən) şəxslərə maddi yardım, 250 milyrad dolları isə işsizlərə müavinətlərə gedəcək”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93