“Bunlar ədalət axtarışındadırlarsa, Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə maraqlansınlar”

27 May, 2020, 22:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

5 ildir Dilqəmlə Şahbazı girov saxlayanlar hansı haqla Ramil Səfərovu ittiham edirlər? Bu sual təkcə Ermənistana aid deyil, həm də onları himayə edən beynəlxalq təşkilatlaradır
Hurriyyet.org-un məlumatına görə, bunu keçmiş millət vəkili, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov Moderator.az-a açıqlamasında deyir ki, artıq nə beynəlxalq hüquq qalıb, nə onun normaları:
“Dünyada ikili standartlar hökm sürməkdə davam edəcəksə, hansı ədalətdən, hansı beynəlxalq hüquq normalarından danışmaq olar? 6 ildir öz dədə-baba yurdlarını, doğmalarının qəbirlərini ziyarət etməyə gedən iki mülki şəxsi – Dilqəm Əsgərovla Şahbaz Quliyevi işğal etdikləri Azərbaycan torpağında ağlagəlməz işgəncələr altında girov saxlayan erməni hakimiyiyyəti dünyanın biganəliyini, həmsədrlərin dişsizliyini görüb daha da quduzlaşmağa başlayıblar. Azərbaycanın ləyaqətli oğlu Ramil Səfərova görə bizim dövləti beynəlxalq məhkəmələrlə hədələmək cəhdində bulunublar. Unudurlar ki, Azərbaycan dövlətinin, uğurlu diplomatiyamızın və dövlət başçımızın qətiyyəti sayəsində bütün beynəlxalq normalara, beynəlxalq hüququn müddəalarına uyğun olaraq Macarıstan dövləti düzgün addım atıb Ramil Səfərovu Azərbaycana ekstradisiya etdi və Azərbaycan Prezidenti də Konstitsion hüququndan istifadə edib onu haqlı olaraq əfv etdi. Necə olur, Xocalıda azyaşlı uşaqların qanını tökən, diri-diri dərisini soyub bununla fəxr edən cocuq qatili Zori Balayan Ermənistanın baş nazirinin böyründə-başında sülənir,  onlara “gözün üstə qaşın var” deyən olmur, amma Azərbaycanın bütün hüquqi prosedurlara əməl edərək, ikitərəfli razılaşma ilə öz vətəndaşına sahib çıxması bunların gözünü tökür?! Ermənilərin xarici ölkələrdəki havadarları, həmçinin müxtəlif beynəlxalq təşkilatlar beynəlxalq hüquqa, insan haqlarına tüpürərək, birtərəfli mövqe sərgiləyir, bir milyondan çox qaçqın-köçkünün mənafeyinə laqeyd yanaşırlar. Bunlar ədalət axtarışındadırlarsa, ilk növbədə dədə-baba yurdlarından zorla qovulub çıxarılan bu təbəqəylə, öz torpaqlarını ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə də maraqlansınlar! Onsuz da ədalət hissini çoxdan itirmiş bu təşkilatlara heç kimin inamı qalmayıb. Birtərəfli ədalət olmur, ey dünya ağalığına iddialı olan dövlətlər!”

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93