Salam, xoş gəlmisiniz.

“Bunu etdiyim üçün özümü lənətləyirəm” - Saakaşvilidən ETİRAF

2020-01-13 12:17:00

“Bunu etdiyim üçün özümü lənətləyirəm” - Saakaşvilidən ETİRAF

Ukraynada yaşayan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti açıqlamaları ilə gündəmə gəlib. 

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, “Mtavari Arxi” (Əsas kanal) telekanalına müsahibə verən siyasətçi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim barədə saziş imzalamasını səhv adlandrıb.

O həmçinin, 2008-ci ilin “5 günlük” döyüşlərindən sonra İsveç və Polşa xarici işlər nazirləri ilə birlikdə vizasız rejimin tətbiqinə başladıqlarını da əlavə edib.

“Gürcülər kütləvi şəkildə Avropaya axın edir. Kutaisi aeroportunda oturan dəlisov avstriyalı polis isə vətəndaşları üzdən yoxlayır. Məhz mənim iştirakımla Avropa Birliyi ilə vizasız rejim təklifi hazırlandı. Amma indi özüm-özümü lənətləyirəm ki, bunu etdim. Axı vətəndaşlarımız Avropaya kütləvi axın edir”.

Gürcüstanda barəsində 2 həbs hökmü olan Saakaşvili tezliklə ölkəyə dönəcəyini də anons edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru