“Bütün razılaşmalardan imtina edirik” – FƏLƏSTİN PREZİDENTİ

20 May, 2020, 11:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas ölkədəki təhlükəsizlik qüvvələrinə İsrail ilə koordinasiyanı dayandırmaq göstərişi verib.

İsrail mətbuatının adı açıqlanmayan bir fələstinli məmura istinadla verdiyi xəbərdə, Fələstin prezidenti Mahmud Abbasın Fələstinin Mülki İşlər Baş Şurasının rəhbəri Hüseyn eş Şeyx və kəşfiyyat naziri Məcid Fərəcə Tel-Əvivlə əlaqəni dərhal dayandırmaq təlimatı verdiyi bildirilir.

İsrailin İordan çayının qərb sahillərini işğal eləmək planlarına qarşı atılacaq addımları müzakirə eləmək üçün dünən Fələstinin yüksək çinli məmurları ilə görüşən Mahmud Abbas iclasdakı çıxışında deyib: “Fələstin, Fələstin Azadlıq Təşklatı İsrail və ABŞ ilə əldə edilmiş təhlükəsizlik müqaviləsi də daxil olmaqla,  bütün razılaşma və sazişlərdən imtina edəcəkdir”.

Mahmud Abbas bundan əvvəl də bənzər açıqlamalar versə də, Fələstin hakimiyyəti ciddi bir addım atmamışdı.

Xəbər verildiyi kimi, İsrailin baş naziri Benyamin Netanyahu yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı keçirilən dövlət tədbirində başçılıq etdiyi hökumətin əsas siyasətini açıqlayarkən bildirmişdi ki, İrana qarşı tədbirlər, İordan çayının qərb sahilində salınan yəhudi yaşayış massivlərinin və İordan vadisinin üzərində suverenliyi elan etmək, koronavirus pandemiyasına qarşı mübarizə, fələstinlilərin Beynəlxalq Cinayətlər Məhkəməsi və sair istansiyalarda Tel-Əvivə qarşı qaldırdığı şikayətləri dəf etmək hökumətinin əsas 4 prioritet proqramlarıdır.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93