“Türkiyə əleyhinə formalaşan Misir, BƏƏ, Yunanıstan və İsrail  koalisiyası parçalandı” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

30 May, 2020, 10:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Artıq İsrail-Türkiyə arasında danışıqlar başlayıb”

“Türkiyənin Aralıq dənizində geosiyasi maraqlarını prinsipial şəkildə qoruması, Liviyada mövqelərini möhkəmləndirməsi, artıq Ankaranın regional gücdən beynəlxalq nizamı dəyişəcək gücə gətirib çıxarıb. Çünki Aralıq dənizi prafaktoreyası, Yaxın və Orta Şərq beynəlxalq nizamın formalaşmasının əsas  xəttidir. Burada bir neçə ölkənin apardığı mübarizədə Türkiyə öz mövqelərini gücləndirməyə nail olub”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun  sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Türkiyə artıq ərəb ölkələrinin ona müttəfiq ola bilməyəcəyinin fərqinə vardı”

Əsədullazadə qeyd edib ki, Türkiyə ilk növbədə Liviyanın BMT təərfindən tanınan hökuməti ilə Aralıq dənizinin delimitasiya xəttini müəyyənləşdirməklə,  bu ərazilərdə karbohidrogen yataqlarına və nəqliyyat yollarına nəzarəti təmin etdi: “Türkiyə əleyhinə formalaşan Misir, BƏƏ, Yunanıstan və İsrail  koalisiyası parçalandı. Artıq İsrail-Türkiyə arasında danışıqlar başlayıb. Bu iki ölkə arasında münasibətlərin inkişafına təkan verə bilər. Çünki İsrail və Türkiyə təbii müttəfiqdirlər. İki ölkə Aralıq dənizində və digər  ərazilərdə birgə hərəkət edə bilərlər. Həmçinin Türkiyə artıq ərəb ölkələrinin ona müttəfiq ola bilməyəcəyinin fərqinə vardı”.

“Türkiyənin bu düşmənçiliyi neytrallaşdırması vacib idi”

M.Əsədullazadə vurğulayıb ki, ərəb ölkələri Türkiyəyə qarşı düşmənçilik mövqeyinə keçdilər: “Ona görə də Türkiyənin bu düşmənçiliyi neytrallaşdırması vacib idi. Türkiyənin Aralıq dənizində, Orta və Yaxın Şərqdə İsraillə birgə keçmişə dayanan əməkdaşlığı hər iki ölkənin maraqlarına və təhlükəsizliyinə xidmət edə bilər”.

“Hər iki ölkənin  Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanın milli təhlükəsizliyinə cavab verə bilər”

Əsədullazadənin fikrincə, Türkiyə və İsrailin əlaqələrinin normallaşdırılması Azərbaycanın da maraqlarına cavab verir: “Hər iki ölkə Azərbaycanın müdafiə sənayesinin inkişafına töhfə verir. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq edə bilərlər. Hazırda Ermənistan çalışır ki, İsraildə Azərbaycan və Türkiyə əleyhinə yeni bir siyasət formalşadırsın. Bəzi hallarda hərəkətə keçiblər. Qondarma “erməni soyqırım” Knessetdə gündəliyə çıxarmağa çalışıblar.  Azərbaycan üç tərəfli  Türkiyə, İsraillə birgə siyasi-hərbi və iqtisadi əməkdaşlıq formatının yaradılması istiqamətində iş aparmalıdır. Hər iki ölkənin  Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanın milli təhlükəsizliyinə cavab verə bilər”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93