Cəlilabadda açıq sahədə yanğın söndürülüb – YENİLƏNİB

9

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında 7 ha sahədə kol-kos yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 13:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 2 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Sail Ağasəlim