Cəbəlüttariq rəhbərliyi İran tankerinin heyətini AZADLIĞA BURAXDI

Cəbəlüttariq rəhbərliyi İran tankerinin heyətini AZADLIĞA BURAXDI

Hurriyyet.org xəbər verir ki, Cəbəlüttariq rəhbərliyi İran tankerinin kapitanını və heyətini azad edib. “Grace 1” neft tankeri iyulun 4-də, Suriyaya neft daşıması ittihamı ilə saxlanılmışdı. Cəbəlüttariq hakimiyyəti İran tankerinin heyətinə qarşı ittihamları ləğv edib və onları azadlığa buraxıb.

Britaniya müstəmləkəsi olan Cəbəlüttariq muxtariyyətinin rəhbərliyi İran tankerini Avropa İttifaqının sanksiyalarını pozaraq Suriyanın “Baniyas” neftayırma zavoduna neft aparmaqda ittiham edir, rəsmi Tehran isə bu ittihamları rədd edirdi.

Hurriyyet.org