Salam, xoş gəlmisiniz.

“Cəbhədə erməni ordusuna güclü zərbə endirmək vaxtıdır” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2020-03-24 17:00:00

“Cəbhədə erməni ordusuna güclü zərbə endirmək vaxtıdır” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Dünya koronovirusa qarşı mübarizə apardığı bir dönəmdə ermənilər Azərbaycana qarşı öz siyasətlərini davam etdriməkdədir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Vaşinqton burada rejimin dəyişilməsində maraqlıdır”

Əsədullazadənin fikrincə, ABŞ-ın Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimə “minalardan təmizlənmə” adi ilə maliyyə yardımını dayandırması əsasən buradakı rejimin Rusiya ilə bağlılından irəli gəlir: “Çünki Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vaşinqton burada rejimin dəyişilməsində maraqlıdır. Ona görə də Ermənistana vəsait ayırsa da, Qarabağa maliyyə yardımını dayandırdı”.

 Əsədullazadə diqqətə çatdırıb ki, Vaşinqtonun Qarabağa maliyyə yardımı humanitar yardım adlanadırılsa da əsasən, bu vəsait separtçıların maliyyələşdirlməsinə və hərbi sahəyə xərclənirdi.

“Paşinyanın dəstək verdiyi qruplaşma rəhbərliyə gələrsə, ABŞ yenidən maliyyə yardımını tətbiq edə bilər”

“ABŞ -ın hazırkı qərarının davamlı olması üçün Azərbaycan Vaşinqtonla danışıqlar aparmalı və digər separatçı qurumlara şamil etdiyi siyasəti Qarabağdakı separtçılarda tətbiq etməlidir. Əgər işğal olunmuş ərazilərdə qondarma seçkilərdə Paşinyanın dəstək verdiyi qruplaşma rəhbərliyə gələrsə, ABŞ yenidən maliyyə yardımını tətbiq edə bilər. Amma burada əvvəlki rejimin qalıqları rəhbərlikdə qalarsa, Vaşinqton maliyyə yardımını kəsəcək. Buradan bir daha aydın olur ki, Vaşinqton öz maraqları prizmasından çıxış edir. Amma Amerika Erməni Komitəsinin səylərinə baxmayaraq, Qarabağa maliyyə yardımı dayandırıldı”,-deyə politoloq əlavə edib.

“Qondarma seçki yaxınlaşdıqca vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar”

M.  Əsədullazadənin sözlərinə görə, Ermənistan koronavirus pandemiyasına baxmayaraq, cəbhə xəttində öz təxribatlarını davam etdirir: “Cəbhədə itkilərinə rəğmən, bu təxribatların arxasında birbaşa Qarabağ klanına rəğbət bəsləyən hazırkı separatçı rejim dayanır. Çünki onların hərbiçilər arasında tərəfdarları var, qondarma seçki yaxınlaşdıqca vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar. Azərbaycan bu təxribatların layiqincə qarşısını alır. Cəbhədə erməni ordusuna güclü zərbə endirmək vaxtıdır”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93