Salam, xoş gəlmisiniz.

Çempionlar Liqasında səbətlər müəyyənləşdi

2017-08-23 13:05:00

Çempionlar Liqasında səbətlər müəyyənləşdi

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. 

Hurriyyet.org xəbər verir ki, turnirindəki təmsilçimiz “Qarabağ“ Danimarkanın “Kopenhagen“ klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.

1-ci səbət

“Real“, “Bavariya“, “Çelsi“, “Yuventus“, “Benfika“, “Monako“, “Spartak“ (Moskva), “Şaxtyor“ (Donetsk)

2-ci səbət

“Barselona“, “Atletiko“. PSJ, “Borussiya“ (Dortmund), “Sevilya“, “Mançester Siti“, “Portu“, “Mançester Yunayted“

3-cü səbət

“Napoli“, “Tottenhem“, “Bazel“, “Olimpiakos“, “Anderlext“, “Roma“, “Beşiktaş“

4-cü səbət

“Kopenhagen“ (Danimarka) - “Qarabağ“ (Azərbaycan) cütünün qalibi, “Slaviya“ (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua“ (Rumıniya) - “Sportinq“ (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - “Yanq Boyz“ (İsveçrə) cütünün qalibi, “Feyenord“, “Maribor“, “Leypsiq“

Qeyri-müəyyənlər

“Liverpul“ (İngiltərə) - “Hoffenhaym“ (Almaniya) cütünün qalibi, “Seltik“

“Liverpul“ “Hoffenhaym“ səddini keçsə, “Seltik“ 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. “Liverpul“ mərhələ adlasa, 3-cü, “Hoffenhaym“ qrupa düşsə, 4-cü səbətdə yer alacaq.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93