Çin Avstraliyanı cəzalandırdı – TRAMPIN ÜSULU İLƏ

19 May, 2020, 17:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison ABŞ prezidenti Donald Trampın Çinə qarşı ittihamlarını dəstəklədiyi üçün Pekin hökuməti bu ölkəyə qarşı ağır cəza tətbiq edib.

“Sputnik” informasiya agentliyinin xəbərinə görə, Pekin Avstraliyanın arpa ixracına 80,5% gömrük vergisi tətbiq edib. Avstraliyanın arpa ixracının dörddə üçü Çinə göndərilir.

Aprel ayında Avstraliyanın baş naziri Skott Morrison ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra “bəzi ölkələrin əlindəki kütləvi qırğın silahlarının beynəlxalq silah nəzarətçiləri tərəfindən araşdırıldığı kimi, pandemiyanın mənbəyinin də beynəlxalq müstəqil nəzarətçilər tərəfindən araşdırılmalı olduğu” ideyasını irəli sürmüşdü. Morrison demişdi: “Koronavirus pandemiyası fövqəladə təsirlər yaratdı. Belə bir vəziyyətdə dünyanın bunun necə ortaya çıxdığını müstəqil bir təhqiqatla qiymətləndirilməsini tələb eləməsi tamamilə düzgün bir tələbdir. Beləliklə, lazımi dərslər çıxarıla bilər və bir daha belə şeylər təkrar edilməz”.

Çin Morrisonun açıqlamasına dərhal etiraz etmişdi. Bu gün isə Pekin hökuməti tərəfindən Avstraliyanın iqtisadiyyatına 135 milyard dollar itkiyə səbəb ola biləcək ticarət-səyahət-təhsil zərbəsi təhdidini həyata keçirmək yolunda ilk addım atılıb.

Bu gündən etibarən Çinə Avstraliyadan gətirilən arpaya gələcək 5 il müddətində 80,5%  qədərində gömrük rüsumu tətbiq edilir. Nəhəng gömrük vergisi Avstraliyanın quraqlıqlamübarizə aparan fermerlərinə ağır zərbə vura bilər.

Çinin bir nömrli arpa tədarükçüsü Avstraliya bura ildə 1,5-2 milyard Avstraliya dolları dəyərində arpa ixrac edir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93