“Çin, İngiltərə və İsrail yeni güc mərkəzi formalaşdıraraq ABŞ hegemonluğuna son qoymaq istəyir”- RƏY

4

ABŞ-da sosial etirazlar və kütləvi iğtişaşlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hadisələrin daxili aspektləri ilə yanaşı, dünya üçün bir mühüm məsələ də açıq-aşkar özünü büruzə verir.

İndiyə qədər bir çox dünya ölkələrinə insan haqlarının pozulması bəhanəsi ilə meydan oxuyan Birləşmiş Ştatlar özlərinin demokratik prinsiplərə nə dərəcədə ardıcıl riayət etmələri ilə bağlı böyük bir sual ortaya qoyur. Etirazçıların qəddarlıqla dağıdılması və hətta öldürülməsi, irqi ayrı-seçkilik, jurnalistlərin təqib edilməsi, polis özbaşınalığı – bütün bu hallar nəinki hüquq müdafiə təşkilatlarında, ümumiyyətlə dünya ictimaiyyətində narazılıq və bəzən qəzəb doğurur.

Qərb liberalizmimin öncülü sayılan, dünya xalqlarına demokratiya dərsini oxuyan Birləşmiş Ştatların illərlə, hətta əsrlərlə formalaşdıqları imicinin laxlanması Vaşinqtonun hegemonluq təcrübəsində dəyişikliklər edəcəkmi? Bu amil ABŞ-ın dünya ölkələri ilə ikitərəfli münasibətlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, ABŞ-dakı hadisələr ilk baxışdan irqçilik əsasında baş verən proseslər təsiri bağışlayır. Lakin olayların koronavirus pandemiyasından dərhal sonra başlaması diqqətçəkicidir:

“Hadisələrdə bəzi radikal solçu təşkilatlar iştirak edir və prezident Tramp onları terror təşkilatı elan edəcəyi ilə təhdid edib. Bu hadisələrin pərdəarxasında bir sıra shəbəblər olduğu ehtimal edilir. Çin, İngiltərə və İsrail yeni güc mərkəzi formalaşdıraraq ABŞ hegemonluğuna son qoymaq istəyir. Koronavirusdan sonra yeni dünya düzənində bu ölkələr birinciliyi ələ keçirmək iddiasındadır. Bir müddət öncə Çinin İsraildəki səfirinin müəmmalı şəkildə öldürülməsində ABŞ kəşfiyyatının əli olduğu məhz, bu səbəbdən ehtimal olunur. ABŞ-dakı prezident seçkilərinə prosesin təsiri çox böyük ola bilər. Tramp iğtişaşçılara qarşı güc tətbiq etmək istəməklə elektoratının bir hissəsini itirsə də, ki, bundan sonra onun əsas elektoratının ağdərili mühafizəkarlar olması ehtimal edilir, digər tərəfdən prezident kilsəsi adlandırılan, Ceyms Medisondan başlayaraq Amerika prezidentlərinin ziyarət etdiyi Müqəddəs İohan kilsəsindən çıxan kütlənin ABŞ bayrağını yandırması anarxistlərin Trampa və dövlətə nifrətinin təzahürüdür. Bu da onun tərəfdarlarını azaltmayacaq.

Hər bir halda bu, daxili və xarici qüvvələrin hegemonluq savaşıdır və irqi-ayrı seçkilik ABŞ-ın qanayan yarası olduğu üçün hadisələr bu motivlər əsasında cərəyan etməyə başlayıb. Təbii ki, bir polisin zorakılığı ABŞ hüquq sisteminin ədalətini şübhə altına ala bilməz. Hazırkı olaylar isə vətəndaş itaətsizliyidir, hansı ki, qarət və zorakılıqla müşayiət olunur. Ayrı-ayrı ştatların güc strukturlarının reaksiyası qanunauyğundur və demokratiyaya zidd hər hansı bir addım görünmür. 200 ildən artıq müddətdə formalaşdırdığı demokratik dəyərlər də bu kimi hadisələrlə zəifləyə bilməz. Kapitalizmin pandemiyaya qarşı mübarizədə gözlənildiyi kimi dayanıqlı olmaması, kommunist Çinin virusun mənbəyi olmasına baxmayaraq daha çevik tədbirlərlə bunun qarşısını alması, ABŞ hegemonluğunun dünyada yenidən müqavimətlə qarşılaşması, ABŞ-da qarşıdan gələn prezident seçkiləri bu olaylara daha çox təsir edən məsələlələrdir. ABŞ demokratiyası isə bu hadisələrdən zəifləməyəcək qədər möhkəm və əsaslı bir dəyərdir. O, müstəqillik uğrunda müharibə, şimal və cənub ştatları arasında vətəndaş müharibəsi, iki dünya müharibəsi, Soyuq müharibənin sınağından çıxmış dəyərdir və bu cür hadisələrlə yıxıla bilməz”. \\Sonxeber