“Çin koronavirusu qəsdən yaymayıb” – TRAMP

8 May, 2020, 17:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Çin yeni növ koronavirus (COVID-19) infeksiyasını qəsdən yaymayıb”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Onlar dəhşətli bir şey ediblər, amma bunu qəsdən etdiklərinə inanmıram”, – deyə ABŞ Prezidenti bildirib.

O qeyd edib ki, Çinin bacarıqsız idarəçiliyinə görə bu virus ölkədən kənara yayılıb. 

Xatırladaq ki, D. Tramp və Dövlət katibi Mayk Pompeo Çini koronavirusun yayılmasında, faktların gizlədilməsində və pandemiyaya vaxtında reaksiya verməməkdə ittiham edirlər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93