“ÇİN VİRUSU”nda FRANSIZ BARMAĞI: pandemiyanı yaymaqda şübhəli bilinən institutla bağlı sensasion fakt – ARAŞDIRMA

29 Aprel, 2020, 11:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Son günlərin ən populyar müzakirə mövzularından biri koronavirusu dünyaya yaydığı üçün Çinə açılacaq təzminat məhkəmələri və bu məhkəmələrin qərarları ilə Çinin trilyonlarla dollar təzminata məhkum edilməsidir.

Elə isə bu, mümkündürmü? Görünən odur ki, mümkün deyil. Çinə belə bir səbəblə təzminat davasının açılmasını təmin edən beynəlxalq hüquq sisteminin olub-olmaması çox mübahisəli mövzudur.

Bəlkə, BMT-nin mühakimə orqanı sayılan Lahey Ədalət Divanı bu məsələni öz üzərinə götürsün?

Amma BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü sayılan Çinin  mühakimə olunmasının nəticələrini Çin özü qəbul edəcəkmi? Əgər qəbul etməzsə, ona hansı yollarla sanksiyalar tətbiq edilə bilər?

Bunlar çox mübahisəli və xüsusilə imkansız görsənən mövzulardır. Bununla yanaşı, Çin Xalq Respublikası lap əvvəldən bəri, bu mövzu ilə əlaqədar öz müdafiə açıqlamasını edib.

ABŞ Prezidenti Donald Trampın ilk gündən xüsusilə vurğuladığı “Çinli virus” ifadəsinə qarşı Çin də “bu virusu elə amerikalı əsgərlər gətiriblər” – deyə, cavab verir.

Hər kəsin diqqəti isə pandemiyanın başlama mərkəzi sayılan Uhan vilayətində və bu vilayətdə yerləşən Uhan Mikrobiologiya İnstitutundadır.

Çin virusunda Fransız barmağı

Uhan Mikrobiologiya İnstitutu 1950-ci illərin ortalarında yaradılmış bir qurumdur.  Bu qurumu əsas şübhəliyə çevirən məsələ isə 2015-ci ildə bura əlavə edilən “P4” kateqoriyasından hesab olunan laboratoriyadır.

“P4” və yaxud da ABŞ qiymətləndirməsinə görə, “BSL4” ən təhlükəli viruslarla məşğul olan laboratoriyalara deyilir.  “Patogen 4”, ya da “Bio Safety Level 4” (bioloji təhlükəsizlik səviyyəsi 4) demək, peyvəndi və dərmanı olmayan ən təhlükəli viruslarla mübarizə aparmaq səlahiyyətinə malik olan və güclü təhlükəsizlik sistemlərinə sahib laboratoriya deməkdir.

Ancaq burda məsələ təkcə Çinlə bitmir və təbii ki, səhnədə Fransa da öz rolunu alır. Çünki Çin Uhan əyalətindəki institutda “P4” səviyyəsində bir laboratoriya hazırlamaq istəyərkən, bu işi Fransa ilə şərikli görməyə başlayıblar – fransızların məşhur “Pasteur Merieux” şirkəti ilə birlikdə.

2015-ci ildə əsası qoyulan bu layihələr 44 milyon dollarlıq investisiya vəsaiti ilə tamamlanıb və “P4” kateqoriyasındakı virus laboratoriyası 2017-ci ildə fransız nazirlərin də iştirakı ilə istifadəyə verilib. Müəssisənin açılışından bu günə qədər burda olan bütün tədris və təlimləri “Merieux” şirkəti və 50 fransız mütəxəssis həyata keçirir.

Yəni, içəridə nələrin baş verdiyini daha çox fransızlar bilir və onların nəzarəti altındadır. Bu mənada, Çinə qarşı açılacaq hər hansısa təzminat davasında Çinlə birlikdə şübhəlilər kateqoriyasına düşənlərdən biri də elə Fransa olacaq.

Onsuz da Fransada müəyyən siyasi çevrələr bu məsələni gündəmə gətiriblər və Fransa hökumətini Çinə verdiyi dəstəkdə günahlandırırlar. Yən, iş çox qarışıqdır və şaxələri uzanaraq gedir.

Bununla birlikdə, bir də kiçik əlavə məlumat – Çindəki bu laboratoriyanı hazırlayan və nəzaərtində saxlayan fransız şirkəti “Pasteur Meriux”  “Sanofi –Aventis Sa”-nın ( Fransanın iri əczaçılıq şirkəti) çətiri altındadır. “Sanofi” isə COVİD-19 virusunun müalicəsində işə yaradığı ortaya çıxan “Hidroksiklorokin”  adlı maddənin xammal istehsalçısıdır. Burda nəyəsə eyham etdiyimi əsla düşünməyin. “3 qəpiklik və 40 illik dərmanı satmaq üçün belə bir virus icad etdiklərini demək kimi bir niyyətim yoxdur. Ancaq peyvənd axtarışlarında “Sanofi”nin xüsusi yerinin olduğunu söyləmək yerinə düşərdi…

Fatih Altaylı

“Haberturk.com”, Türkiyə, 27 aprel 2020-ci il

Tərcümə Strateq.az-ındır


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93