“Cinatət Məcəlləsinə “Yaltaqlıq” maddəsi əlavə edilsin” – Tanınmış vəkildən TƏKLİF

9 Oktyabr, 2019, 11:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Böhtan və təhqir cinayət sayılırsa, niyə də yaltaqlıq cinayət sayılmasın?. Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur”.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov bildirib.

O təklif edib ki, Azərbaycan Respublikasının Cinatət Məcəlləsinə “Yaltaqlıq” adlı maddə əlavə edilərək, ictimai mənəviyyat əleyhinə cinayətlər fəslinə salınsın.

“Maddənin dispozisiyası təxminən belə ola bilər:

“Yaltaqlıq, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”.

Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var”, – Adil İsmayılov qeyd edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93