Salam, xoş gəlmisiniz.

Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasında üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir“ - MÜSAHİBƏ

2017-09-28 18:06:21

Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasında üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir“ - MÜSAHİBƏ
Mən həmişə o mövqedə olmuşam ki, Azərbaycan Avropa məkanından uzaqlaşmalı deyil. Azərbaycan prezidentinin də siyasəti budur ki, biz Avropa dəyərlərinə üstünlük veririk  və Avropa məkanında olan bir dövlət kimi Avropanın beynəlxalq təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq. Amma hər bir əməkdaşlıq, tərəfdaşlıq ikitərəfli olmalıdır. Yəni hər tərəf hətta digərinin qüsuru varsa, bunu çox ustalıqla, ehtiyatla deməlidir. Bunu bəyanat, ultimativ formada demək əməkdaşlıq və tərəfdaşlıq deyil. Əgər Turbyern Yaqlandın təklifinin AŞPA-nın qarşıdan gələn sessiyasının gündəliyinə salınması təhlükəsi reallaşacaqsa, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Əslində Azərbaycan üçün elə bir təhlükə deyil. Avropa Şurası özü bəzən üzvlərini itirdikdən sonra problemlərlə üzləşir. Bunu Rusiyanın, digər dövlətlərin timsalında görmüşük. Maddi və digər problemlər ortaya çıxır. Əgər Azərbaycana qarşı bu cür bəyanatlar davam etsə, təbii ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Bu, bizim hüququmuzdur. Dünyada müxtəlif regional və beynəlxalq təşkilatlar var. Məsələn, Azərbaycan Avropa məkanında yerləşsə də, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə normal, səmimi əməkdaşlıq etməyin tərəfdarıyıq. Bu təşkilatlar bizə qarşı səmimi münasibət bəsləmirsə, təbii ki, biz öz mövqeyimizə yenidə baxa bilərik və baxmalıyıq.

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru