Çinlə Hindistan arasında döyüş – Ölənlər və yaralananlar var

0

Hurriyyet.org xəbər verir ki, Hindistanda üç nəfər hərbçi – bir nəfər zabit və iki əsgər çinli hərbçilərlə toqquşma nəticəsində həlak olub. Toqquşma dünən axşam, Qalvan rayonu ərazisində baş verib.

Hindistan ordusunun açıqlamasında deyilir: “Dünən axşam Qalvan ərazisində baş vermiş silahlı toqquşma nəticəsində qurbanların verilməsinə səbəb olmuş amansız döyüş olub. Hindistan tərəfindən  bir nəfər zabit və iki əsgər həlak olub. Hər iki tərəfin yüksək vəzifəli məmurları vəziyyəti normallaşdırmaq üçün hazırda hadisə yerində görüş keçirirlər”.

Hindistan mətbuatı Çin tərəfində də yaralıların  olduğunu qeyd edib.

Hurriyyet.org