Salam, xoş gəlmisiniz.

Çinlilər Avropa futboluna nəzarəti ələ keçiriblər

2017-08-21 16:02:30

Çinlilər Avropa futboluna nəzarəti ələ keçiriblər

Hurriyyet.org xəbər verir ki, Çin hökuməti yerli şirkətlərin milli təhlükəsizliyi təhdid edəcək sahələrdə xaricə investisiya qoymalarını qadağan edib. Qadağan edilən sahələrə qumar sənayesi də daxildir. Şirkətlərin otel açmaq, ərazi almaq, əyləncə sektoruna sərnayə qoymaq və idman klubu satın almaq addımlarına da məhdudiyyət gətirilib. Lakin hökumət bu məhdudiyyətlərin konkret meyarlarını açıqlamayıb.

CNBC-nin xəbərində deyilir ki, Çin hökuməti yaydığı bildirişdə enerji və kənd təsərrüfatı sahəsində investisiyaları dəstəkləyəcəyini bildirib. Dövlət Şurasının verdiyi açıqlamada deyilir: “Çin və dünyada mühüm dəyişikliklər baş verir. Çinli şirkətlərin qarşısında xaricdə çox böyük imkanlar açılır. Lakin şanslarla yanaşı, risklər də vardır”.

Pekin hökuməti ötən il əcnəbi ölkələrə sərmayə qoyuluşunun qarşısındakı maneələri yavaş-yavaş ləğv etməkdədir. Çinli şirkətlər 2016-cı ildə xaricə 200 milyard dollar investisiya qoyublar.

Futbola böyük sərmayə qoyurlar

klublarında Asiya nəhənginin biznesmenləri dünyanın bir çox inkişaf eləmiş futbol klublarının səhmdarlarıdırlar. İtaliyada “İnter” və “Milan”, İspaniyada “Atletiko Madrid”, Fransada “Lion” başda olmaqla, bir çox klubun idarəsində dünyanın ən çox əhalisu olan Çindən gəlmiş biznesmenlər söz sahibidirlər.

Məsələn, “Milan”ı Silvio Berluskonidən satın almış RSİ qrupu 99,93 pay ilə az qala hamısına sahiblənib. Digər İtaliya klubu “İnter”in isə 68,55 faizi “Sanninq Holdinqs”ə məxsusdur. Hazırda B qrupunda olan, keçmişin məşhur komandası “Parma”nın səhmlərinin 60 faizi “Desports” adkl Çin şirkəti tərəfindən alınıb.

Çin biznesmenləri İtaliyadan sonra Fransa liqasına da daxil olublar. “Nitsa”nın 80 faizi “İnterneşnl İnvestor”undur. “Oser”in 77, “Lion”un isə 20 faizi çinlilərin əlindədir.

İngiltərə Premyer-liqasında “Mançester Siti”nin 13, “Sautqempton”un 80, “Aston Villa” ilə “Volverhemptonun” 100 faizini ələ alan çinlilər, İspaniyada Qranada və İspanyolun  az qala hamısına, “Atletiko Madrid”in isə 20 faizinə nəzarət edir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93