Cins istehsalçıları onun paltaryuyan maşında yuyulmamasını məsləhət görürlər

4

Keyfiyyətli cins şalvarlarını paltaryuyan maşınlarda yumamaq daha yaxşıdır, çünki bu təmizləmə üsulu materialı məhv edir və “suya israfdır”. Bu barədə “The Independent” nəşri məlumat yayıb. Amerikalı “Levi’s” markasının baş direktoru Chip Berg qeyd edib ki, cins şalvarlardakı ləkələri diş fırçası ilə təmizləməyə üstünlük vermək məsləhətdir.

Britaniya markası “Hiut”un işçiləri cins materialları alındıqdan altı aydan tez olmayaraq yuyulmamasını tövsiyə edirlər. Digər nəhəng cins istehsalçılarının nümayəndələri materialın paltaryuyan maşında yuyulması əvəzinə, gecə boyu soyuducuda saxlamağı məsləhət görürlər. Belə ki, bu üsul bakteriyalardan azad olmağa kömək edə bilər.

Cinsi təmizləmənin digər qeyri-standart üsulları arasında onun açıq havada günəşin altında qalması və ya ləkələri və xoşagəlməz qoxuları təsirsiz edən sprey məhlullarından faydalanmaq yer alır.