COVID-19 epidemiyasına həsr olunan film çəkilir

27 İyun, 2020, 12:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hollivuddakı “SK Global Entertainment” şirkəti koronavirusun Çində yayılmağa başladığı dövrə həsr olunan yeni film üzərində çalışmağa başlayıb.

WSJ xəbər verir ki, gələcək filmin ssenari müəllifi, “Böyük qısa” (“Big Short”) filminə görə 2016-cı ildə “Oskar” mükafatı alan Çarls Randolf məsələni şərh edib:

“Bu virusun yarasalarla dolu mağaradan böyük bir şəhərə necə gedib çıxması hələ uzun müddət cavab axtaracağımız bir müəmmadır. Bu film pandemiya haqqında trillerdən daha çox tibbi mövzuda dram olacaq”.

Ç.Randolf əsas diqqətin çinli həkim və tibb işçilərinin bu qorxulu xəstəliyə qarşı necə mübarizə apardıqlarına yönəltmək olduğunu qeyd edib.

Filmin çəkilişlərinə gələn il Çində başlamaq nəzərdə tutulur. “Bu məsələnin nə qədər siyasiləşdiyini unutmuruq, bununla bağlı əngəlləri dəf etməli olacağıq”, – deyə “SK Global Entertainment” şirkətinin rəhbərlərindən biri fikrini bildirib./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]Hurriyyet.org
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93