“COVİD 19” pasportu nə vaxt tətbiq olunacaq? – TƏBİB-dən AÇIQLAMA

30 May, 2020, 13:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“COVİD 19” pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər.

Hurriyyet.org bildirir ki, bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, “COVİD 19” pasportunun Azərbaycanda tətbiqi məsələsi uçuşlar bərpa olunduqdan sonra müzakirə olunacaq:

“İndidən bu sistemin tətbiqi ilə bağlı danışmaq tezdir. Hələ ki, sərhədlərin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddəti iyunun 15-dək uzadılıb. “COVİD 19″ pasportu ilə bağlı müzakirələr aparıldıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, “COVİD 19” pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Avropada ilk olaraq bu sistemdən istifadəni Xorvatiyanın baş naziri Gari Cappelli təklif edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93