COVİD-19 virusunun mənşəyi barədə yeni versiya – “Bəzən onları nə isə aktivləşdirir”

3

Koronavirus tipli xəstəlik törədiciləri «heç vaxt əmələ gəlmirlər və heç yerə getmirlər – onlar hər zaman buradadırlar və hərdən onları nə isə aktivləşdirir». Belə bir versiyanı Oksford sübutedici təbabət Mərkəzinin əməkdaşı, professor Tom Cefferson irəli sürüb («The Daily Telegraph»).

Alimin fikrincə, SARS-CoV-2 virusu böyük ehtimalla, Uhandakı laboratoriyada yaradılmayıb. «Bu virus «yatıbmış», təbii amillərin müəyyən sıralanması şəraitində «oyanıb». Dünya əhalisinin sıxlığı və ya ətraf mühit şəraiti trigger rolunu oynayıb» – Cefferson bildirib.

O, xatırladıb ki, Çində meydana çıxana qədər virus dünyanın müxtəlif hissələrində qeydə alınıb – ötən ilin yazında onu Barselonanın tullantı sularında, İtaliyanın Milan, Turin şəhərlərinin və Braziliyanın Florianopolis şəhərinin suyunda aşkarlayıblar.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun Çin hüdudlarından kənarda yarandığını istisna edirdi./azpolitika/