Cufra uğrunda döyüşə hazırlıq – Türkiyənin dəstəklədiyi Liviya hökuməti Rusiyanın “qırmızı xətti”ni keçə biləcəkmi?

0

Hurriyyet.org xəbər verir ki, Liviyanın qanuni Milli Barışıq Hökumətinin hərbi qüvvələri ölkənin ən strateji nöqtəsi olan Sirtenin qiyamçılardan geri alınması üçün əməliyyat hazırlıqlarını tamamlayıb.

Sirte əməliyyatında əsas hədəf Cufradakı hava bazasıdır. Sirte ilə Cufranın tam nəzarət altına alınacağı təqdirdə bölgədə balans tamamilə dəyişəcək.

Rusiyanın “qırmızı xətt” adlandırdığı Sirte şəhəri…

İddialara görə, Rusiya Sirteni NATO-nu cənubdan mühasirəyə almaq planının bir hissəsi hesab edir.

Sirte Binqazi ilə paytaxt Tripolinin arasında yerləşir.

Sirtenin strateji əhəmiyyəti Cufra hərbi hava bazasından şimalda yerləşməsi və bu iki məntəqə arasında 300 kilometrlik açıq düzənlik bir sahənin olması ilə bağlıdır.

Rusiya Şimali Afrikada Cufranı daimi baza olaraq əlində saxlamaq istəyir və beləliklə Aralıq dənizinin cənubunda mühüm bir istinad nöqtəsi yaratmağa çalışır.

Rusiyanın Cufraya Vaqner şirkətinin muzdlu hərbçiləri ilə yanaşı, 14 ədəd Miq-29 və Su-24 hərbi təyyarələri göndərməsinin səbəbi də budur.

ABŞ tərəfindən səsləndirilən iddialara görə, Rusiya Cufradan Suriyadakı Xmeymim bazası kimi faydalanmaq istəyir.

Rusiya Sirtenin Liviyanın Milli Barışıq Hökuməti tərəfindən ələ keçirilməyəcəyinə əmin olarsa, bir dəniz bazası qazanmış olacaqdır. Eyni zamanda qərb sərhədlərinə raket təhdidi olan NATO-nu cənubdan mühasirəyə almış olacaqdır.

Bu səbəbdən də Liviyanın baş nazirinin müavini Əhməd Muaytik Moskvaya səfər edərkən Rusiya rəsmiləri ona “Sirtenin qırmızı xətt olduğunu” bildirmişdilər.

Liviyanın sərvətlərindən istifadə edilməsi üçün Sirtenin alınması əsas şərtdir.

Liviyanın neft ixracının 60 faizini tədarük edən “Neft ayparası” bölgəsinə gələcək hər hansı bir hücuma qarşı “sərhəd zastavası” funksiyasını yerinə yetirməsi səbəbindən  qiyamçılar şəhəri əldən verməmək üçün əllərindən gələni edirlər.

Həmçinin, ölkəni iqtisadi və siyasi  birliyinin təmin edilməsi üçün şəhər qiyamçılardan və onların havadarlarından azad edilməlidir.

Moskva bu şəhərin itiriləcəyindən narahat olduğu üçün döyüşlərin bu yerdə dayandırılmasını, atəşkəs elan edilməsini, dolayısı ilə, Liviyanın parçalanmasını istəyir. Moskvanın Suriya və Liviyada apardığı parçalama və atəşkəs siyasətinə illərlə atəşkəs bölgəsində gənc övladlarını qurban verən, Ukrayna, Azərbaycan kimi parçalanmış ölkələr daha yaxşı bələddirlər.

Hurriyyet.org