Dənizdən koronavirusa yoluxmaq mümkündürmü? – Professor açıqladı

12 May, 2020, 18:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Yayın gəlməsi həm də dəniz mövsümünün açılışı deməkdir. Bu dövrdə çoxlarını maraqlandıran yeni sual ortaya çıxıb: dənizdə koronavirusa yoluxma mümkündürmü?

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Şöbəsinin professoru Hüsnü Pullukçu bu sualı belə cavablandırıb: “Dənizdən nəyinsə yoluxması çox da mümkün deyil. Dəniz izotonik sudan ibarətdir. Onun tərkibində o qədər çox su molekulları var ki, hər şey o suyun içində dərhal dağılır. İnsan orqanizminə düşən 1-2 virusla infeksiyadan xəstələnmək mümkün deyil. Dənizdən virusa yoluxa biləcəyimizi düşünmürəm”.

Professor bildirib ki, qarşıdakı həftələrdə havanın temperaturu 30 dərəcədən yuxarı qalxacaq: “Bu zaman yoluxma səngiyəcək. Yoluxma sayı azalacaq. Çimərlik və hotellərdə sosial məsafəyə, gigiyenik qaydalara əməl olunsa, böyük problemlər yaşanmayacaq”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93