“Dağlıq Qarabağda döyüşlər başlasa, Rusiya Ermənistanı dəstəkləməyəcək” – MARKOV

30 İyul, 2020, 11:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə komissiyalarası işçi qrupunun sədri  Sergey Markov öz “Feysbuk” səhifəsində Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığından, Ermənistanla yaranmış gərginlikdən bəhs edərək yazıb:  “Azərbaycan ilə Türkiyə birgə təlimlər keçirlər. Artilleriya atəşləri və hərbi aviasiya ilə birlikdə. 29 iyuldan avqustun 10-na qədər. Türkiyə rəhbərliyi bildirib ki, Azərbaycnla Ermənistana arasında hərbi münaqişənin alovlanacağı təqdirdə Türkiyə Azərbaycana genişmiqyaslı hərbi dəstək verəcək.  Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə keçərsə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana hərbi kömək göstərməyə borcludur. Əks halda, KTMT nəyə lazımdır? Buna görə də, bütün dünyanın hərbi analitikləri Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurmanın ola biləcəyini sual edirlər. Mənim cavabım belədir – yox. Çünki Azərbaycanı Ermənistan yox, Dağlıq Qarabağ maraqlandırır.

Hərbi əməliyyatlar Dağlı Qarabağın ərazisində keçirilsə, Rusiya Ermənistanı dəstəkləməyəcək, çünki Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93