Salam, xoş gəlmisiniz.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Pyotr Ermənistanda

2019-07-22 15:07:35

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Pyotr Ermənistanda

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı buna inanır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Şvitalski bu gün jurnalistlərə açıqlamasında deyib.

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe bir neçə fundamental prinsipə əsaslanır. İlk öncə, biz inanırıq ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə sadəcə sülh yolu ilə həll oluna bilər. İkincisi isə, biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik”, – P. Şvitalski bildirib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru