Daha bir 190 manat qalmaqalına RƏSMİ MÜNASİBƏT

8 May, 2020, 20:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov müraciət etməməsinə rəğmən, 190 manatlıq birdəfəlik ödəmə alması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Araşdırma zamanı sosial şəbəkədə müraciət etmədən 190 manat təyin olunduğunu yazan Elnarə Məmmədovanın adını öz bacısı Almaz Məmmədovanın qeydiyyatdan keçirdiyi məlum olub.

Nazirlik rəsmisi qeyd edib ki, A.Məmmədova bacısının şəxsiyyət vəsiqəsinin məlumatı əsasında müraciət edib və sistemə də onun əlaqə nömrəsini yazıb:

“Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib. Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir. Elnarə Məmmədovanın bu məsələni öz bacısı ilə aydınlaşdırmaq əvəzinə, əsassız ittihamla post paylaşmasını mühüm bir sosial dəstək tədbiri olan birdəfəlik ödəmə prosesi ilə bağlı mənfi rəy yaratmağa yönələn, məsuliyyətsiz davranış kimi qiymətləndiririk”. \\Publika


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93