Daha bir bələdiyyə sədri cərimələndi – SƏBƏB

16 May, 2020, 17:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.

Hurriyyet.org ETSN-ə istinadən xəbər verir ki, araşdırma zamanı Tərtər şəhəri, Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93