Salam, xoş gəlmisiniz.

Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi

2020-02-14 17:51:00

Daha bir güləşçimiz erməni rəqibinə qalib gəldi

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında daha bir güləşçimiz erməni rəqibinə qalib gəlib.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu gün start verilən sərbəst güləşçilərin yarışında idmançılarımız mübarizəyə yaxşı qoşulublar.

Belə ki, son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev (70 kq) ilk görüşünü Ermənistan idmançısı Qevorq Mxeyana qarşı keçirib.

Güləşçimiz rəqibini 15:8 hesabı ilə məğlub edib. Onun növbəti mərhələdə rəqibi belaruslu Viktor Serada olacaq.

Bundan başqa, təsnifat mərhələsində üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov (79 kq) gürcüstanlı Nika Kentçadze ilə 3:3-lük bərabərliyə nail olaraq 1/8 finala vəsiqə qazanıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93