Salam, xoş gəlmisiniz.

Daha bir güləşçisimiz qızıl medal qazandı

2019-07-22 17:10:37

Daha bir güləşçisimiz qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Hurriyyet.org xəbər verir ki, 48 kq çəkidə yarışan idmançı həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) qarşılaşıb.

Qarşılaşmada qalib gələn Azərbaycan təmsilçisi qızıl medal qazanıb.

Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru