Daha bir MMA döyüşçüsü vəfat etdi

8 Oktyabr, 2019, 9:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Özbəkistandan olan MMA döyüşçüsü Bəyzad Nurmatov vəfat edib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, o, oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda keçirilən “Absolute Championship Akhmat 100” turnirində çıxış edib.

O, rusiyalı Beslan İsayevlə görüşdə hakimlərin qərarı ilə məğlub elan olunub. Dünən isə idmançı ölüb. 28 yaşlı idmançının ölümünün səbəbi bilinmir.

Qeyd edək ki, Bəyzad Nurmatov MMA karyerasına 2016-cı ilin dekabrında başlayıb. O, əlbəyaxa döyüşdə dünya çempionu və Dünya Kubokunun sahibi sayılırdı.

Onu da bildirək ki, ABŞ-da rusiyalı boksçu Maksim Dadaşov (bu idmançı 2014-cü ildə Qubada “Baku Fires” komandasının üzvü Heybətulla Hacıyevi məğlub edib, həmçinin bundan bir il sonra Bakıda I Avropa Oyunlarının iştirakçısı olub – S.M.) Puerto Rikodan olan Sabriel Matiasla döyüşdən sonra xəstəxanaya yerləşdirilmiş və iyulun 23-də keçirilmiş əməliyyatdan sonra dünyasını dəyişmişdi. Məlum olmuşdu ki, Dadaşov hələ döyüş zamanı insult keçirib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93