Salam, xoş gəlmisiniz.

Danimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənib

2019-08-21 14:00:51

Danimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənib

Danimarkanın kral ailəsi ABŞ Prezidenti Donald Trampın Kopenhagenə səfərini təxirə salmaq qərarına təəccüblənir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə kral evinin nümayəndəsi Line Ballebyu bildirib.

"Bu, gözlənilməz oldu. Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik", - L.Ballebyu deyib.

Xatırladaq ki, Danimarka kraliçası II Marqretenin dəvəti ilə reallaşmalı olan səfər sentyabrın 2-3-nə nəzərdə tutulmuşdu.

Bundan əvvəl ABŞ prezidenti "Twitter"də Danimarkanın Baş naziri Mette Frederiksenin Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəməməsinə görə Danimarkaya səfərini təxirə saldığını yazıb.

Daha öncə isə D.Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru