Salam, xoş gəlmisiniz.

Vilayət Eyvazovdan SENSASİON TƏYİNAT –“Bandotdel”ə BDU-nun müəllimi rəis gətirildi

2019-07-12 16:18:32

Vilayət Eyvazovdan SENSASİON TƏYİNAT –“Bandotdel”ə BDU-nun müəllimi rəis gətirildi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Hurriyyet.org strateq.az-a istinadən xəbər verir ki, yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. Ali pedaqoji və ali hüquq təhsilinə malikdir, polis sistemində ən savadlı kadrlardan biri kimi qəbul olunur, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru