Dayanıqlı iqtisadi siyasət və beynəlxalq əlaqələr

7

Azərbaycanın dünya iqtisasiyyatına inteqrasiyasının konseptual əsasları

Ölkəmizdə davamlı və dayanıqlı iqtisadi yüksəlişin məqsəd kimi müəyyən edildiyi bir şəraitdə bir çox amillər iqtisadi potensialın reallaşdırılmasından fayda əldə etməyə imkan verir. İqtisadi inkişaf səviyyəsindən fərqli olaraq iqtisadi potensial həm də əhalinin ümumi sayından, məhsuldar qüvvələrin miqyasından, ölkənin ərazisindən, təbii sərvətlərin ümumi həcmindən və strukturundan asılı olur. Təbii ki, Azərbaycanın inkişaf etməsi, beynəlxalq və regional iqtisadi proseslərdə öz ağırlığını ortaya qoya bilməsi üçün iqtisadi potensial əsas faktor hesab edilə bilər. Lakin iqtisadi potensialın mövcudluğu qədər vacib olan digər biramil bu potensialdan effektiv istifadə edə bilmək qabiliyyətidir. Mövcud potensialdan səmərəli istifadənin məqsədyönlü və uzunmüddətli islahatlar yolu ilə reallaşdırılma imkanı dövlət rəhbərliyi tərəfindən bir sıra proqramların, beynəlxalq əməkdaşlığın, infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə dəyərləndirilir.Beləliklə qeyd etməliyik ki,Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq iqtisadi münasibətlərdə, əmək bölgüsündə və ticarət əlaqələrində mövqeyinin möhkəmlənməsi onun iqtisadi potensialı ilə birbaşa surətdə bağlıdır. Tədqiqatları ümumiləşdirərək ölkəmizdə mövcud olan iqtisadi potensialı aşağıdakı şəkildə göstərə bilərik:

– Müxtəlif əmək vasitələri və predmetləri;

– Mövcdu əmək resursları;

– İstehsalda səfərbərliyə alına biləcək təbii resurslar;

– Mövcud olan məcmu ictimai məhsul həmçinin onun əvvəlki illərdən bəri toplanmış ehtiyatları;

– Qızıl – valyuta ehtiyatı;

– Cəmiyyətin istehlak imkanları;

– Elmi potensialın istehsal prosesində istifadəsi imkanları.

Beynəlxalq istehsal və ticarət sferalarında yuxarıda qeyd edilən potensial imkanlarının reallaşdırılması cəmiyyətin rifah halının və iqtisadi vəziyyətinin müsbət istiqamətdə inkişaf etməsinə xidmət edir. Ölkənin beynəlxalq ticarət sahəsində uğurunun əsas göstəricilərindən biri də xarici ticarət dövriyyəsinin həcmidir. Xarici ticarət dövriyyəsi hər hansı bir ölkənin ixrac etdiyi və idxal etdiyi əmtəə və xidmətlərin bazar dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr ərzində olan cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərlə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərlə hesablanır və zəruri təhlilləri, müqayisələri həyata keçirməyə və ölkənin xarici ticarətinin real dinamikasının müəyyən edilərək ortaya çıxarılmasına imkan verir. Bu baxımdan Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsini nəzərdən keçirmək daha məqsədəuyğun olar. Bildiyimiz kimi Azərbaycan zəngin təbii resurslara malik bir ölkədir və bu ölkəmizə iqtisadi üstünlüklər təqdim edir. Sözü gedən üstünlüklər Azərbaycana beynəlxalq istehsal və ticarət sahəsində də dividentlər qazandırır. Təbii ki, söhbət Azərbaycanın enerji resursları bazarında önəmli iştirakçılardan biri olmasından gedir.  Hal-hazırda iqtisadiyyatın diversifikasiya edilməsi şəraitində beynəlxalq səviyyəli investisiya qurumları, maliyyə subyektləri Azərbaycana böyük məbləğdə kapital qoyuluşları edir, Azərbaycanın reallaşdırdığı TANAP kimi beynəlxalq əhəmiyyətli layihəyə müxtəlif məbləğlərdə kreditlər ayrılır.

İstehsala yönəlik yanaşımların uğur yolu

Beynəlxalq istehsal və ticarət sferasında əməkdaşlığın intensivləşdirilməsi üçün ölkəmizdə mövcud potensialdan tam istifadə etmək məqsədilə Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Cənubi Koreya tərəfindən əsas kapitala xarici investisiya yönəldilir. Beynəlxalq və regional layihələrin həyata keçirilməsində, strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti daha çox fərqləndirilə bilər. Azərbaycana yatırılan böyük məbləğli investisiyalar, milli istehsal və xidmətmüəssisələrinin fəaliyyətinin genişlənməsinə təsir edir. Ölkədə sahibkarlığın inkişafına ayrılan vəsaitlərin də artmasına təkan verir. Xüsusilə kreditlərin, subsidiyaların artırılması xarici şirkətlərlə yanaşı beynəlxalq ticarət və investisiya layihələrində milli şirkətlərin fəaliyyətinə əlverişli şərait yaradır. Bu isə dünya iqtisadiyyatına sürətli interasiya edən və Şərq – Qərb nəqliyyat dəhlizinin aparıcı iştirakçısına çevrilən Azərbaycanın yaranan rəqabətli şəraitdə daxili bazar subyektlərinin qorunmasına və inkişaf etməsinə təkan verir. Bundan əlavə milli istehsal müəssisələrinə investisiya qoyuluşunun artması və beynəlxalq maliyyə-kredit təşkilatları ilə sıx əlaqələrin qurulması Azərbaycanın beynəlxalq investisiya münasibətlərinin iştirakçısı kimi çıxış etməyinə mane olmur. Deyə bilərik ki, Azərbaycan beynəlxalq istehsalın təşkilində, eləcə də ticarət əlaqələrinin dərinləşməsində investor kimi də rol oynayır. Azərbaycanın milli şirkətlərinin xarici bazarlara çıxması və əhəmiyyətli layihələrdə iştirak etməsi dövlətin iqtisadi siyasətinin əsasını istiqamətini təşkil edir. Beynəlxalq əməkdaşlıq çərşivəsində iqtisadi potensialın gücləndirilməsi xarici ölkələrə investisiya qoyuluşunun Azərbaycanın mövqeyinin güclənməsi üçün əlverişli şərait yaradır. Bu gün Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələrdə Azərbaycan potensial investorlar arasında qərarlaşıb. Qeyd etməliyik ki, bu gün həyata keçirilmiş genişmiqyaslı investisiya –infrastruktur layihələri nəticəsində Azərbaycan güclü tranzit və yükdaşıma potensialı olan ölkəyə çevrilmişdir. “Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” ndə də qeyd edildiyi kimi, Azərbaycanın coğrafı mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına və ölkəmizin beynəlxalq ticarət əlaqələrində yaxından iştirak etməsinə imkan verir. Deməli əlverişli coğrafi mövqe, qeyd etdiyimiz kimi, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, reallaşdırılan böyük həcmli layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından effektiv şəkildə istifadə edərək müvafiq sahədən əldə edilən maddi resursların həcmində artımın baş verməsinə geniş imkan yaradır.

İqtisadi inkişafın dayanıqlı olması, dünya ölkələri arasında qabaqcıl mövqeyə yiyələnmək və regionda liderlik statusunu qorumaq üçün ölkə ərazisində mövcud olan nəqliyyat dəhlizlərinin fəaliyyətinin yenidən qurulması prosesi davam etdirilir. Bugün Çin özünü əsas iqtisadi regionlarla birləşdirəcək olan “İpək Yolu” layihəsini reallaşdırır ki, bu marşrutlardan biri də Azərbaycanın ərazisindən keçir. Bununla yanaşı, Avropa, Rusiya, Hindistan, İran və Mərkəzi Asiyanı birləşdirəcək olan Şimal – Cənub nəqliyyat dəhlizinin də bir xətti Azərbaycandan  keçir. Ümumilikdə isə ölkəmizin ərazisindən keçmiş olan nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilmiş olur. Azərbaycan ücün bucür yeni beynəlxalq imkanların açılması yüksək, dayanıqlı iqtısadi artım potensialı yaradır.

Strateji hədəflər beynəxalq iqtisadi münasibətlərin ana xəttidir

Strateji Yol Xəritəsinin hazırlanmasının əsas məqsədi də bu imkanlardan faydalanmaqdır. Qeyd etdiyimiz kimi, dünya iqtisadi sisteminə inteqrasiya etmiş Azərbaycan həmçinin, dəniz və dəmir yolu nəqliyyatı üçündə strateji və etibarlı bazarın formalaşmasdırılmasına, sürətli iqtisadi artım əldə etmiş Çin, Hindistan kimi Asiya ölkələri ilə, o cümlədən həmin ölkələrdən daşınan mallarına Avropaya çatdırılması üçün potensial imkanlara malikdir və bu imkanlar mərhələli şəkildə özünü real iş prosesində göstərir. 2017 – ci ildə Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin açılışı və bu nəqliyyat xətti üzrə beynəlxalq layihənin reallaşdırılması, Bosfor boğazında dəmir yolu tunelinin inşası və Trans – Avropa və Trans – Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya və Asiyaya çıxarılmasını təmin edəcəldir.

Həmçinin bu layihə region ölkələrinin tranzitlə bağlı potensialının yüksəlməsinə, Avropaya inteqrasiya proseslərində sürətlənməsinin əldə edilməsinə, Avropa Qonsuluq siyasəti çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycanın dövlət süverenliyi və iqtisadi dayanıqlılığının möhkəmlənməsinə, həmçinin, ölkəmizin xarici iqtisadi münasibətlərinin genişlənməsinə xidmət etməsi deməkdir[9].Bu cür qlobal bir layihənin reallaşdırılması iqtisadi səmərəlilik, sürətin yüksəkliyi və vaxta qənaət, həmçinin təhlükəsizlik və etibarlılıq aspektindən böyük əhəmiyyət daşıyır. Əlavə olaraq qeyd etməliyik ki, bu yeni istifadəyə verilmiş dəmir yolu xətti Şərqdən Qərbə qədər əhatə etdiyi geniş miqyasda ərazilərdə yüklərin və sərnişinlərin daşınmasında xərclərin ixtisar edilməsinə səbəb olacaq. Həmçinin beynəlxalq istehsal və ticarət sahəsində səmərəli olmaqla yanaş Bakı-Tbilisi-Qars, Azərbaycan iqtisadiyyatında artımın əldə olunmasına, eləcə də beynəlxalq iqtisadi münasibətlərdə rolunun artmasına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək. Bu kommersiya xarakterli dəmir yolu xətti Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Orta Asiya ölkələrinin iqtisadi maraqlı ilə üst-üstə düşdüyündən onlartərəfindən hərtərəfli şəkildə dəstəklənir.

Buna əsasən qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq ticarət əlaqələrinin dərinləşməsində aparıcı mövqeyə malikdir və bu əlaqələrin daha sıx xarakter almasında olan mövqeyi daha böyük əhəmiyyəti olan layihələrin reallaşdırılmasına işarədir. Ümumilikdə, Bakı – Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin və neft iqtisadiyyatından asılılığın aradan qaldırılması ilə beynəlxalq iqtisadi sistemdə özünəməxsus yer tutmasının göstəricisidir. Xüsusilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, yük daşımaları ilə bağlı belə infrastruktur sahələrinin inkişafı, yeni iş yerlərinin açılması ölkə iqtisadiyyatında prioritet sahə olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı ÜDMin də artımına müsbət təsir göstərir. Dünya təsərrüfat sistemində enerji resurslarının təminatçısı rolundan tranzit ölkə mövqeyinə keçmək nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə nəticəsində mümkün ola bilər. Eyni zamanda, beynəlxalq istehsal və ticarət sferasında effektiv olmaq üçün həyata keçirilən layihələrin maliyyələşdirilməsi məsələsində də investisiya mənbələrinin diversifikasiya edilməsi səmərəli idarəetmə nəticəsində daha effektiv olur. Belə ki, Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolunun təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması üçün Asiya İnkişaf Bankı kredit ayırması buna əyani misaldır. Beynəlxalq maliyyə-kredit təşkilatları ilə münasibətlərin düzgün istiqamətdə qurulması da görülən işlərin iqtisadi uğurunun əsasını təşkil edir.

(ardı var)

“Hürriyyət”