Salam, xoş gəlmisiniz.

Dəhşətli qəza - "Shacman" "Mercedes"in üstündən keçdi - VİDEO

2018-03-24 21:02:08

Dəhşətli qəza - "Shacman" "Mercedes"in üstündən keçdi - VİDEO

Saatlıda ağır yol hadisəsi olub. Hərəkətdə olan yük maşını təkərində yaranmış problemə görə idarəetmədən çıxıb və qarşısındakı minik avtomobilinin üstünə çıxıb, daha sonra isə aşıb. Nəticədə 2 nəfər dünyasını dəyişib. Lənkəranda baş verən yol qəzasında da iki qardaşdan biri ölüb. Şamaxıda isə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yük maşını minik avtomobilin üstündən keçdi, nəticədə 2 nəfər öldü.

Dəhşətli qəza ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 26 yaşlı Mehman Rəsulovun idarə etdiyi yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini,31 yaşlı Əli Allahverənovun idarə etdiyi avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər. Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü Saatlı rayon xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Lənkəranda baş verən yol qəzasında isə iki qardaşdan biri ölüb. Rayonun Balıqçılar qəsəbəsində 53 yaşlı Elnur Abdullayevin idarə etdiyi avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin 46 yaşlı İlqar Abdullayev hadisə yerində dünyasını dəyişib. Qəza zamanl xəsarət alan Elnur Abdullayev isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətinin ağır olduğunu bildirir.

Samaxıda başverən avtoqəza da ölümlə nəticələnib. Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Şəki sakini Röyal Əhmədli aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 5 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93