Salam, xoş gəlmisiniz.

Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır

2019-05-23 12:42:46

Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır

Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən report-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:

"Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir. Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru