“Demokratlar Senatda daha iki yer qazanmaq istəyirlər” – ERKİN QƏDİRLİ

27 İyun, 2020, 12:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“ABŞ-da daha bir maraqlı gedişat. Konqresin Nümayəndələr Palatası Vaşinqton şəhərinin yerləşdiyi Kolumbiya Dairəsinə ştat statusu vermək haqqında qanun layihəsini qəbul edib. Səslər belə bölünüb – demokratların hamısı (bir nəfərdən başqa) lehinə, respublikaçıların da hamısı əleyhinə səs veriblər. Senatda üstünlük respublikaçılarda olduğuna görə, bu layihənin qanuna çevrilmə ehtimalı, demək olar ki, yoxdur. Tramp da onu imzalamayacağını söyləyib”. Hurriyyet.org xəbər verir ki, bu barədə deputat Erkin Qədirli deyib.

 “Respublikaçılar təbii ki, bunu bilirlər”

E.Qədirli qeyd edib ki, Demokratlar Vaşinqton şəhərinin yerləşdiyi Kolumbiya Dairəsinə ştat statusunu verməklə, özlərinə Senatda daha iki yer qazanmaq istəyirlər (Vaşinqtonda yaşayanların çoxu qaralardır, onların da çoxu demokratların yandaşıdır): “Respublikaçılar təbii ki, bunu bilirlər. Ona görə də qarşı çıxırlar. Respublikaçıların maraqlı bir konstitusion arqumenti var. Deyirlər ki, “qurucu atalar Vaşinqton şəhərinin heç bir ştata aid olmamasını istəyiblər ki, o, hamının paytaxtı ola bilsin””.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93