Salam, xoş gəlmisiniz.

Deputat Asim Mollazadə: “Sovet İttifaqını bərpa etmək xülyası ilə yaşayan qüvvələr ABŞ-ın daxili siyasətində fəallaşıb“

2017-10-02 10:37:44

Deputat Asim Mollazadə: “Sovet İttifaqını bərpa etmək xülyası ilə yaşayan qüvvələr ABŞ-ın daxili siyasətində fəallaşıb“
Bilirsiniz, hər zaman bizim münasibətlərimizdə bu mənfi çalarlar olub. Bunun arxasında, – bunu dəfələrlə araşdırmışam, – bir tərəfdən Amerikada zəngin, fəal, peşəkar səviyyədə Azərbaycan və Türkiyə ilə mübarizə aparan erməni diasporası durub. İkinci istiqamət isə son illər daha çox inkişaf edib. Burada mən yenidən Sovet İttifaqını, hansısa bir imperiyanı bərpa etmək xülyası ilə yaşayan qüvvələrin ABŞ-ın daxili siyasətində fəallaşmasını görürəm. Onlar öz informasiya mübadiləsində çox maraqlı üsul tapıblar. Azərbaycanın qərblə münasibətlərini pozmaq üçün demokratiya, insan hüquqları, – çox həssas, çox önəmli məsələ, – bir növ vasitəyə çevrilib. Ümidvaram ki, ABŞ-ın Azərbaycana münasibətdə öz maraqlarından irəli gələrək, Azərbaycanın önəmini Amerika maraqları üçün anlayaraq belə bir qərarlardan vaz keçmək vaxtı gəlib. Biz təbii olaraq inkişafa yönəlmiş məsləhətləri, inkişafa yönəlmiş təcrübəni bölüşməyə hazırıq. Lakin ABŞ prezidenti Tramp demişdir ki, artıq hansısa ölkələri tarixi və ənənələri ilə bağlı cəzalandırmaq Amerikanın maraqlarına uyğun deyil.

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru