Salam, xoş gəlmisiniz.

Deputat Afaq Aslana “tərbiyəsiz” dedi

2019-07-17 21:05:10

Deputat Afaq Aslana “tərbiyəsiz” dedi

Müğənni Afaq Aslanın Milli Məclisin deputatları haqqında qalmaqallı açıqlaması millət vəkili Tahir Süleymanov tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Deputat T.Süleymanov BUTA.WS-a açıqlamasında Afaq Aslanı "tərbiyəsiz" adlandırıb.

Millət vəkili bildirib ki, bu cür insanların hərəkətlərinə cavab vermək lazım deyil:

"Bu cür adamlar tərbiyəsiz insanlardır. Məgər deputat soyunub seçilir? Deputatı xalq seçir. Afaq Aslan həm də xalqın seçiminə hörmətsizlik edir. Belə adamlara daha nə deyəsən? Mən deputatlığı bir kənara qoyuram. Ən azından bu cür fikirlər xalqın seçiminə böyük hörmətsizlikdir. Mən bu cür tərbiyəsizə nə cavab verim? O, bu cür fikirləri ilə Azərbaycan vətəndaşlarını təhqir edir".

Xatırladaq ki, müğənni Afaq Aslan Yenicag.az-ın redaksiyasında qonaq olan zaman qalmaqallı açıqlamalar verib. Müğənni bildirib ki, onu soyundura-soyundura deputat edəcəklər. \\Yeni Sabah

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru