Deputat oğlunun banka borcundan DANIŞDI: “Xırda ödəməyə ehtiyac qalıb”

7 Sentyabr, 2019, 10:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ötən gün millət vəkili Fəzail Ağamalının oğlunun kredit mübahisəsinə görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.

Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə– İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

Deputat Fəzail Ağamalı mübahisəli məsələ ilə bağlı Modern.az-a danışıb.

“Ortada heç bir məhkəmə işi yoxdur. Sadəcə olaraq şirkətin bağlı xırda bir ödəməyə ehtiyac qalıb. Məbləğin neçə faiz ödənilməsi , nə qədər borc qaldığı ekspertlər müəyyənləşdirməlidir. Bu da oğlumla bağlı məsələ deyil. Ondan əvvəl icraçı direktor olan şəxsin nöqsanlarıdır. Oğlum da məsələni öz öhdəliyinə götürüb həll edir”.

Haqqında iddia olan şəxs, Elçin Ağamalı bildirib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93