Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə…”

17 May, 2019, 12:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri deputat Hikmət Babaoğlu “Yol hərəkəti qaydaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə yeni yanaşma olmalıdır:

“Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq. Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu süni maneədir”.

Babaoğlu deyib ki, qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır:

“Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibari ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar təhlükəsizliyiə xidmət etsin”./Modern.az /


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93