Salam, xoş gəlmisiniz.

Dərsliklərimizdə Ermənistan bayrağı... - Deputat açıqladı - FOTO

2019-09-09 15:09:12

Dərsliklərimizdə Ermənistan bayrağı... - Deputat açıqladı - FOTO

"Bəzi dərsliklər Ermənistan bayrağının fonunda çap olunub”.

Hurriyyet.org BakuPost.az-a istinadən xəbər verir ki, bu iddia ilə Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edib.

Deputat deyib ki, dərsliklər təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalıdır:

“Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?

Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır.

Aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru