Salam, xoş gəlmisiniz.

DƏHŞƏTLİ KORONAVİRUS STATİSTİKASI - İranda hər 10 dəqiqədə bir nəfər ölür, hər saatda 50 insan...

2020-03-19 12:06:00

DƏHŞƏTLİ KORONAVİRUS STATİSTİKASI - İranda hər 10 dəqiqədə bir nəfər ölür, hər saatda 50 insan...

Hurriyyet.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat nümayəndəsi Kiyanuş Cihanpur ölkədə hər 10 dəqiqədən bir bir insanın yeni tipli koronavirusdan vəfat etdiyini bildirib.

Cihanpur “Tvitter” hesabından verdiyi açıqlamada yazıb: “İranda hər 10 dəqiqə ərzində bir nəfər koronavirus üzündən həyatını itirir. Hər saatda təqribən 50 nəfər koronavirusa yoluxur”.

Cihanpur vətəndaşlara Novruz bayramında səfər eləməmələri üçün xəbərdarlıq edib.

Paytaxt Tehran şəhərində Şuhedayi Pakdeşt Xəstəxanasının əməkdaşı olan qadın həkim Şirin Ruhanirad koronavirus üzündən vəfat edib.

İran dövlət televiziyasında Ruhaniradın koronavirus müalicəsi aldığı, bir qoluna sistem qoşulduğu halda xəstələri müayinə elədiyi göstərilmişdi. Həkim son müsahibəsində: “Əməkdaşlarımız gərgin şəkildə çalışırlar. Məni əvəz eləmək üçün həkim tapılmadı”, - deyə çıxış edərək işləməyə məcbur olduğunu demişdi.

İranda Kovid-19 virusu meydana çıxandan bəri 10 nəfər həkim və 4 nəfər tibb bacısı bu xəstəlikdən vəfat edib.

Çində meydana çıxmış Kovid-19 İranda ilk dəfə Qum şəhərində görünmüş, ardından ölkə ərazisinə yayılmışdı.

İranın Səhiyyə Nazirliyi dünənə qədər ölkədə xəstəliyə yoluxanların sayının 17 361 nəfərə çatdığını, xəstələrin 1135 nəfərinin vəfat etdiyini bildirib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93