Salam, xoş gəlmisiniz.

Dillər Universitetinə yeni prorektor təyin olundu

2019-03-29 12:11:00

Dillər Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olunub.

Hurriyyet.org AzEdu.az-a istinadən xəbər verir ki, rektor Kamal Abdulla tarix elmləri namizədi, dosent Tamam Cəfərovanı Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektor təyin edib.

Məlumatı ali məktəbdən təsdiqləyiblər.

Təyinat bu gün Elmi Şuranın qərarı ilə rəsmi təsdiqini tapacaq.

Xatırladaq ki, Tamam Cəfərova 1957-ci il 5 aprel tarixində Bakıda anadan olub.

1966-1976-ci illərdə Bakı şəhər 180 saylı orta məktəbi qızıl medalla bitirib. 1976-1981-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2006-cı ildən Mərkəzi Seçki Komissiyasının üzvü, Parlamentdə azlıqda olan partiyaların təmsilçisidir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93