Salam, xoş gəlmisiniz.

Dino Ndlovu: “Məni püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”

2017-08-24 18:02:42

Dino Ndlovu: “Məni püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”

“Nə deyə bilərəm? “Qarabağ” məqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən də sevincliyəm”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”ə 1:2 hesabı ilə uduzsa da, adını qrup mərhələsinə yazdırmağı bacarıb.
Bakıya qayıdan komandanın futbolçusu Ndlovu jurnalistlərə qısa açıqlama verib. O, diqqətini artıq “Qəbələ” ilə bu həftə baş tutacaq çempionat oyununa yönəltdiyini bildirib: “Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik. Təbii ki, imza atdığımız uğur azarkeşlərimiz üçün də böyük önəm kəsb edir. Püşkatma haqda danışmaq istəmirəm. Rəqiblərimiz bilinəndən sonra fikir yürütmək olar. Məni bu dəqiqə püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”./apasport.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93