DİQQƏT! Qadağanın müddəti bu tarixədək UZADILDI

27 Mart, 2020, 17:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Hurriyyet.org-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır. 

Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları aprelin 21-dək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə qalacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93