Salam, xoş gəlmisiniz.

İdlib əməliyyatının görünməyən üzü: “ASTANA İTTİFAQI“ ABŞ-ı BƏRZANİNİ SATMAĞA NECƏ SÖVQ EDİR? - TƏHLİL

2017-10-10 15:37:09

İdlib əməliyyatının görünməyən üzü: “ASTANA İTTİFAQI“ ABŞ-ı BƏRZANİNİ SATMAĞA NECƏ SÖVQ EDİR? - TƏHLİL

Məhməd Seyfəddin Ərol

“Milli Gazete“ (Türkiyə), 09.10.201

İdlibdə əməliyyat başlanıb. İstəsəniz, buna həm də “Böyük Yaxın Şərq” (BYŞ) layihəsinə qarşı çıxış edən strateji gediş kimi də yanaşa bilərsiniz. Axı cari proses razılığı 2016-cı il iyunun 27-də(Rəcəb Tayyib Ərdoğan vurulmuş Su-24-ə görə Vladimir Putinə üzrxahllıq məktubu göndərib-red.) əldə edilmiş yeni təhlükəsizlik strukturu yaratmağa qətiyyətin nümayişi kimi qarşımızda çıxış edir, Astana görüşləriyləsə bu strukturun sürətli institutlaşması prosesi baş verir.

Başqa sözlə, İdlib əməliyyatı, hər şeydən öncə, Türkiyə, Rusiya və İranın Astana görüşlərində addım-addım gerçəkləşdirdiyi “üçtərəfli mexanizm”in, həmçinin “üçlü zəmanət” sisteminin nəticəsidir.

Məlum olduğu kimi, bu üçlük Qazaxıstan paytaxtında keçirilən görüşlərdə Dərya və Kuneytra əyalətlərində, Ər-Rastan və Təl-Bisə rayonlarında, Şərqi Qutada təhlükəsizlik zonalarının, sonradan isə bu ilin sentyabrında İdlib rayonunda dördüncü təhlükəsizlik zonasının qorunması haqda razılığa gəlib.

Türkiyə Xarici İşlər Nazirliyi bu sazişdən sonra bəyanat verib: “Üç ölkənin – Astana prosesi zaminlərinin əldə etdiyi razılaşma çərçivəsində təhlükəsizlik zonalarının nəzarət-buraxılış məntəqələrində, deeskalasiya zonalarının sərhədlərində bu üç ölkədən müşahidəçilər yerləşdiriləcək”.

Prezident Rəcəb Tayib Ərdoğan isə bir beynəlxalq informasiya agentliyinə müsahibədə hərfiyyən sıradakını deyib: “Təhlükəsizlik zonaları üzrə razılaşma çox şey vəd edən ideya idi. Rusiya İdlibdən kənarda təhlükəsizliyi təmin edəcək, Türkiyə isə bunu əyalətin daxilində edəcək”.

Əminəm ki, burada Türkiyə və Rusiya arasındakı əmək bölgüsü sizin də diqqətinizdən yayınmayıb.

Ayırma strategiyası

Hər şeydən öncə, deyə bilərik ki, Qərbin planlarını alt-üst etməyə, sonra isə onu bölgədən getməyə məcburiyyətə hədəflənmiş bu yeni strategiya çərçivəsində “dünyanın dərin dövləti”nin bölgədəki əlinin vurulması başlanıb. Qoy heç kimin ən cüzi şübhəsi də olmasın ki, növbə kəlləyə də çatacaq.

Rusiya və Türkiyənin ilk uyğun birgə çıxışı 2016-cı il avqustun 26-da Cerablusda həyata keçirilib. Türkiyə Silahlı Qüvvələri Amerika təsiri/iştirakından qurtulmuş Azad Suriya Ordusu ilə birlikdə Əl-Baba qədər gedərək İŞİD qüvvələrini və bölgədəki digər bu cür terrorçu təşkilatları məhv edib. ABŞ bu əməliyyatın gedişində yalnız bununla kifayətlənib ki, effektli və önləyici xarakterli Rusiya-Türkiyə əməkdaşlığının nəticələrini seyr edib.

ABŞ bu əməliyyatdan sonra anlayıb ki, “Demokratik Birlik” Partiyası (DBP)/Xalq özünümüdafiə dəstələri (XÖD), Suriya Demokratik Qüvvələri (SDQ), Kürdüstan Fəhlə Partiyası (KFP) terror təşkilatının növbəsi çatıb. ABŞ dərhal döyüş meydanına çıxmaq və Suriyanın şimalında başlanmış yeni tipli müharibədə (hibrid müharibədə) öz yerini tutmağı qərara alıb. Bununla bağlı İdlibdə əməliyyatın hədəfi kimi diqqətin “Həyyat Təhrir əş-Şam”a (HTŞ) yönəldilməsinə baxmayaraq, aydındır ki, burada da əsas hədəf ABŞ-dır. Çünki HTŞ-nin ucu “əl-Qaidə” vasitəsilə yenə də bu ölkəyə aparır. Uyğun olaraq hazırda ABŞ-ın Böyük Yaxın Şərq (BYŞ) layihəsi çərçivəsində daha bir podratçısı məhvə məhkumdur. İdlibdən sonra PYD/YPG/SDG/PKK-nın növbəsinin çatacağını hətta, necə deyərlər, artıq kar sultan da eşidib. Bu əməliyyatın adı isə “Afrin”dir. Ehtimal ki, burada da dəhşətli bir çaxnaşama qopacaq. Axı Amerikanın “Kürdüstan BYŞ” və yaxud “İkinci İsrail” layihəsinin Suriya hissəsinə güclü zərbə vurulacaq.

Bununla bağlı İdlib əməliyyatı həm İdlibin strateji durumu, həm də “Astana qüvvələri” ilə “BYŞ qüvvələri” arasında davam edən mübarizənin gələcəyi baxımından son dərəcə mühüm önəmə malikdir. Burada uduzan bütün oyun miqyasında ciddi zərbə alacaq. Yəni bu, əsil dönüş məqamıdır…

Niyə İdlib?

Bura Türkiyənin güney hüdudlarında terror dəhlizinin mərkəzidir desək, kifayət edəcəkmi? Əlbəttə, İdlib təkcə Türkiyənin baxışından bu qədər mühüm önəm kəsb etmir. Çünki İdlib bütün Suriya miqyasında birgə idarəçilik altında yerləşən terrorçu təşkilatların qalasıdır. İdlibdən şimali-şərqdə Hələb, qərb və cənubda isə Latakiya və Hamə yerləşir. Suriya rejimi güclərinin nəzarət etmədiyi bu əyalət üzərindən Latakiyaya nisbətdə hücumlar həyata keçirilir. Bura terrorçulara logistik dəstəyin kəsilməsi baxımından özəl əhəmiyyəti olan mühüm məntəqədir.

Bundan savayı, İdlib həm də PYD/YPG/SDG/PKK terror təşkilatının nəzarət etdiyi Afrinlə həmsərhəddir. Bununla bağlı prezident Ərdoğanın sıradakı ifadəsi diqqət çəkir: “Hazırda İdlibin təhlükəsizliyinin təminatı istiqamətində yeni addımlarla bərabər, “Fərat qalxanı” əməliyyatı sayəsində bölgəmizdə azad etdiyimiz zonanı irəlilətməyə cəhd edirik. Məsələn, bu gün İdlibdə ciddi əməliyyat gedir və o, davam edəcək”.

Nəyi nəzərdə tutduğumu anlayırsınız?

Yeni dövrə gedən yolda…

“Astana üçlüyü” addım-addım irəli gedir. ABŞ hələ də birbaşa cavaba cürət etməyib. Əksinə, prosesin ləngidilməsi və zəifləməsinə yönəlik yeni strategiyanı təqib etməyə başlayıb. Və bu səbəbdən Bərzanini satıb… Nəticədə Bərzani Bağdadla barışıq axtarışındadır…

Deməli, güclü udur, güc isə birlikdir. Biz bu gücü “Astana ittifaqı” adlandırırıq. Bu yeni ittifaqın formalaşmasına aparan prosesin gedişində hamımız Türkiyə və Rusiya arasındakı münasibətlərin, Türkiyə və İranın təhlükəsizlik oxu üzrə ikitərəfli əməkdaşlığının necə qüvvə topladığı və bu ittifaqın cazibə mərkəzinə necə döndüyünün şahidi oluruq.

Tərcümə Strateq.az-ındır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93