“Dönərçilər ət parçalarını qanla qarışdırıb vətəndaşa təqdim edir” – EYYUB HÜSEYNOV

2

Pandemiya çərçivəsində ölkə ərazisində ictimai-iaşə müəssisələri bağlandı. Fəaliyyətini davam etdirən  obyektlər hələ də qalmaqdadır. Xüsusən də dönərxanalar…. Bu tip fəaliyyət göstərmələrinəı baxmayaraq, sanitar-gigiyenik qaydalara əməl etmirlər. Paytaxtda fəaliyyət göstərən dönərxanaların bir çoxu standartlara cavab vermir. Dönərxanaların əksəriyyətində heç elementar gigiyenik qaydalara belə riayyət edilmir. Hətta elə dönrəxanalar var ki, orada ətin saxlanılması üçün şərait də yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, dönərçilərin əksəriyyətinin kəsdiyi ət parçalarını axılmış qanla qarışdırıb vətəndaşa təqdim etdiyini qeyd edib:

“Dönərxanalar hrə zaman cəld yeməklər sistemi olaraq xəstəliklər mənbəyidir. Bunun da qarşısını alan qrum hələ ki, yoxdur. İllər boyu da onların fəaliyyəti davam edir. Çox geniş yayılmış xəstəlik mənbəyi olan bu şəbəkə müəyyən adamların himayəsi altında fəaliyət göstərir. Altı il əvvəl dövlət orqanları dönərxanaların fəaliyyəti ilə bağlı standartları hazırlayıb. Dönərxanalara müəyyən tələblər qoyulub. Lakin dönərxanaların heç 10 faizi də buna əməl etmir. Üstəlik də Azərbaycanda toyuq və ət dönərini hazırlayan, onu mənfi 40 dərəcə şok dondurmadan keçirən ( ətləri salafanlara büküb, hazır dönərxanalara çatdırılır) 2 müəsisə var. Bu cür obyektlərin insan sağlamlığını təhlükə altına qoyan vəziyyətlərdən biri də, dönər bişən zaman onun üst hissəsi bişirilir, daxilinə isə tədricən istilik keçir. Ətin daxilindəki qalmış qan laxtası aşağıdakı qaba axır. Dönərçi də kəsdiyi ət parçalarını axılmış qanla qarışdırıb vətəndaşa təqdim edir. Bununla da heyvan xəstəlikləri, tədricən insana keçir. Mənfi 40 dərəcə də heyvan şok şəkildə dondurulduq da, heyvan xəstəlikləri yox olur. Ona görə də həmin müəssisələrin fəaliyyətinə icazə verilir. Azərbaycanda dönərçilərin çoxu, əti qanuni şəkildə icazə verilən yerlərdən almır. Əksəriyyəti, leş ətləri alıb istifadə edir”.
Eyyub Hüseynov, dönərxanalarda asılmış sertifkatları, dönərlərin sağlamlıq təhlükəsizliyini təmin etmədiyini bildirib:
“Xüsusən də pandemiya dövründə ət məhsulların qanuni şəkildə alan obyektlərin fəaliyyətinə icazə verilməlidir. Digər yerlər isə bağlanmalıdır. İnsanlar da keyfiyyətinə əmin olduğu yerlərdən dönəri əldə etməldir. Düşünürəm ki, mənfi 40 dərəcədə dondurmadan keçən və dönər hazırlayan müəsisələr yaradılmalıdır. Dövlət onlara subsidya hazırlamalıdır. Çünki, tələb varsa, təlif də olmaldır. Dönərxanaların işinin bağlanmasının tərfdarı yox, sağlamlaşmasının tərəfdarıyıq. Bəzən dönərxanalarda sertifkatların asıldığını görürük. Bunlar dönərlərin sağlamlıq təhlükəsizliyini təmin etmir”.